Bakıda avtomobil piyadanı vuraraq ayağını sındırıb

Bakıda avtomobil piyadanı vuraraq ayağını sındırıb
# 23 noyabr 2022 02:22 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə metronun Koroğlu stansiyasının yaxınlığında baş verib.

Belə ki, şosenin piyada üçün müəyyən edilməyən hissəsindən yolun əks tərəfinə keçmək istəyən 1976-ci il təvəllüdlü Quliyev Maarif Fəxrəddin oğlunu minik avtomobili vurub.

Yaralı sağ ayaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR