Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb
# 08 avqust 2022 12:42 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nərimanov rayonu Atatürk prospektində paytaxt sakini A. Bayramov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Səlim Məcidovu vurub.

Qəza nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR