Bakıda avtomobil piyadanı vurub, vəziyyəti ağırdı

Bakıda avtomobil piyadanı vurub, vəziyyəti ağırdı
# 22 noyabr 2019 02:07 (UTC +04:00)

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Ramana sovxozunda qeydə alınıb.

99-EJ-378 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil yolu keçmək istəyən təxminən, 45-50 yaşlı naməlum kişini vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Xəsarət alan şəxsin üzərindən şəxsiyyətini təsdiq edən sənəd aşkarlanmayıb.

Fakrla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR