Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda avtomobil qadını vuraraq öldürüb
# 05 may 2022 10:47 (UTC +04:00)

Bakıda avtomobil piyadanı vurub.

DİN-dən APA-ya verilən xəbərə görə, mayın 4-də saat 11 radələrində paytaxtın Nizami rayonu ərazisində S.Sultanov idarə etdiyi “Saipa” markalı avtomobillə yolu keçən Svetlana Abramovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR