Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda avtomobil qadını vuraraq öldürüb
# 21 noyabr 2022 10:47 (UTC +04:00)

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən APA-ya verilən məlumata görə, bu gün səhər saatlarında Bakı şəhər sakini sakini, 1993-cü il təvəllüdlü Amin Sahibli idarə etdiyi "Toyota Prius" markalı avtomobillə 1986-cı il təvəllüdlü Pərvanə Məmmədovanı vurub. Xəsarət alan şəxs hadisə yerində ölüb.

Sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR