Bakıda avtomobil səkiyə dəyərək aşıb - FOTO - VİDEO

Bakıda avtomobil səkiyə dəyərək aşıb  - FOTO  - VİDEO
# 05 may 2022 01:53 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə İlqar Cümşüdov və Cavad xan küçələrinin kəsişməsində qeydə alınıb.

“Daewoo” markalı avtomobilin sürücüsü küçələrin kəsişməsində sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın səkiyə çırpılaraq aşıb. Qəza zamanı sürücü bədən xəsarətləri alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR