Bakıda avtomobil sərxoş kişini vurub, vəziyyəti ağırdır

Bakıda avtomobil sərxoş kişini vurub, vəziyyəti ağırdır
# 20 sentyabr 2019 02:12 (UTC +04:00)

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, metronun "Nəriman Nərimanov" stansiyasının yaxınlığında minik avtomobili sərxoş vəziyyətdə olan, şəxsiyyəti hələlik naməlum olan təxminən 40-45 yaşlı kişini vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR