Bakıda avtomobil şirniyyat mağazasına çırpılıb - FOTO

Bakıda avtomobil şirniyyat mağazasına çırpılıb  - FOTO
# 12 avqust 2022 08:39 (UTC +04:00)

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb. İdarəetməni itirən sürücü “Opel” markalı avtomobili yol kənarındakı şirniyyat mağazasına vurub. Hadisə nəticəsində iş yerinə ciddi ziyan dəyib. Mağazanın şüşələri və bir neçə avadanlıq sıradan çıxıb. Yüngül bədən xəsarəti alan sürücü xəstəxanaya çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR