Bakıda avtomobil təmiri sexində baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda avtomobil təmiri sexində baş verən yanğın söndürülüb  - YENİLƏNİB
# 19 iyun 2022 00:18 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi paytaxtdakı yanğınla bağlı əlavə məlumat yayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi ünvanındakı avtomobil təmiri sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.​

18.06.2022

Saat 23:01

***

Bakıda avtomobil təmiri sexində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən xəbərə görə, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi ünvanındakı avtomobil təmiri sexində yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR