Bakıda avtomobil yeniyetməni vuraraq ağır vəziyyətə salıb

Bakıda avtomobil yeniyetməni vuraraq ağır vəziyyətə salıb
# 25 noyabr 2022 03:50 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Ağa Nematulla və Təbriz küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, 2006-ci il təvəllüdlü Əhmədov Ümid İlqar oğlu yolun müəyyən edilməyən hissəsindən keçmək istəyib.

Bu zaman onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə özəl xəstəxanaların birinə yerləşdirilib.

Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR