Bakıda avtomobildə narkotik satan şəxs tutulub - FOTO

Bakıda avtomobildə narkotik satan şəxs tutulub - FOTO
# 28 yanvar 2022 17:49 (UTC +04:00)

Bakıda narkotik satışı ilə məşğul olmaqda təqsirləndirilən şəxs saxlanılıb.

APA xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.

E.Hacıyev bildirib ki, 77-PC-269 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən 1983-cü il təvəllüdlü Nahid Əliyev saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə uyğun olaraq cinayət işi başlayıb.

Hazırda istintaq hərəkətləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR