Bakıda minik avtomobilindən oğurluq edilib.
DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Qaradağ Rayon Polisİdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də Lökbatan qəsəbəsinin ərazisində “Ford” markalı avtomobildən oğurluq edilməsi barədə məlumat daxil olub.
Aparılan əməliyyatla avtomobildən 11.000 manat pul oğurlamaqda şübhəli bilinən Samux rayon sakini M.Seyidov müəyyən edilərək saxlanııb.