Bakıda avtomobili aşıran sürücü ağır xəsarət alıb

Bakıda avtomobili aşıran sürücü ağır xəsarət alıb
# 21 avqust 2019 02:35 (UTC +04:00)

Bakıda avtomobil aşıb, sürücüsü isə xəsarət alıb.

APA xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Əkbərov Murad Tahir oğlu idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə o, avtomobili aşırıb. Qəza zamanı M.Əkbərovun boynu sınıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR