Bakıda avtomobilin vurduğu 22 yaşlı oğlan 12 gün sonra xəstəxanada ölüb

Bakıda avtomobilin vurduğu 22 yaşlı oğlan 12 gün sonra xəstəxanada ölüb
# 05 iyun 2023 09:21 (UTC +04:00)

Bakıda avtomobilin vurduğu 22 yaşlı oğlan 12 gün sonra xəstəxanada ölüb.

APA xəbər verir ki, mayın 20-də 1993-cü il təvəllüdlü Qasımov Rasim Əfqan oğlunun idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu – “Qardaşlar” mebel mərkəzinin yaxınlığında hərəkətdə olan zaman yolu keçən piyadalar - 2002-ci il təvəllüdlü Bayramov Naməd Ceyhun oğlu və 2001-ci il təvəllüdlü Hüseynli Əvəz Əvəz oğlunu vurub.

Nəticədə Ə.Hüseynli az ağır bədən xəsarəti alıb, N.Bayramov isə müalicə aldığı xəstəxanada 12 gün sonra ölüb.

Faktla bağlı cinayət işi başlanmaqla ibtidai istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR