Bakıda avtomobilin vurduğu qadın topuğundan və gicgahından xəsarətlər alıb

Bakıda avtomobilin vurduğu qadın topuğundan və gicgahından xəsarətlər alıb
# 19 iyul 2019 02:18 (UTC +04:00)

Xəzər rayonunda 44 yaşlı qadını maşın vurub.

APA xəbər verir ki, hadisə Buzovna qəsəbəsi, Şəhər şossesində baş verib.

Minik avtomobili 1975-ci il təvəllüdlü Əliyeva Aynur Kərim qızını vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Yaralı xəstəxanaya çatdırılıb. Ona sol topuğun və sol təpə gicgah nahiyəsinin əzilməsi diaqnozu qoyulub. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR