Bakıda avtomobillər toqquşub, ölən var

Bakıda avtomobillər toqquşub, ölən var
# 13 iyun 2022 10:48 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol qızası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hadisə iyunun 12-si saat 14 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, paytaxt sakini C.İsmayılzadənin idarə etdiyi “Hyundai” və Gədəbəy rayon sakini E.Quliyevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə C.İsmayılzadə və sərnişini olan anası İqlimə Nəsiri xəstəxanaya yerləşdirilib, qadın orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR