Bakıda avtomobilləri yandıran şəxs tutulub

Bakıda avtomobilləri yandıran şəxs tutulub
# 03 may 2022 11:47 (UTC +04:00)

Bakıda iki avtomobil yandırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 20-də rayon ərazisində ayrı-ayrı şəxslərə məxsus “Lexus” və “Hyundai” markalı avtomobilləri yandırmaqda şübhəli bilinən Lənkəran şəhər sakini R. Abbasov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR