Bakıda “BMW X5”lə vurulan piyada ölüb

Bakıda “BMW X5”lə vurulan piyada ölüb
# 19 avqust 2019 11:52 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Səfərəlizadə Rasim Qasım oğlu idarə etdiyi “BMW X5” markalı, 90-NX-191 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçən 40-45 yaşlarında, naməlum kişini vuraraq ağır bədən xəsarəti yetirib.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR