Bakıda ayağını pəncərədən çıxararaq maşın sürən şəxs həbs edilib - VİDEO

Bakıda ayağını pəncərədən çıxararaq maşın sürən şəxs həbs edilib - VİDEO
# 06 iyul 2022 18:14 (UTC +04:00)

Bakı şəhərində ayağını pəncərədən çıxararaq avtomobil idarə edən sürücü saxlanılıb.

Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

Onun sözlərinə görə, “Toyota Prius” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Murad Əşrəfov ayağını pəncərədən çıxararaq cəmiyyətə açıq hörmətsizlik edib, ətrafdakı sürücülər üçün təhlükəli vəziyyət yaratmaqla avtomobil idarə edib.

Həmin şəxs barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə təqdim edilib: “İctimai qaydanı pozan şəxs artıq saxlanılıb və barəsində Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, 10 sutka inzibati həbs seçilib".

Qeyd edək ki, sürücünün avtomobili ayağını pəncərədən çıxararaq idarə etməsi barədə sosial şəbəkədə videogörüntü yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR