Bakıda “BakuBus” MMC-yə məxsus avtobus qəzaya uğrayıb - FOTO

Bakıda “BakuBus” MMC-yə məxsus avtobus qəzaya uğrayıb - FOTO
# 09 noyabr 2022 06:50 (UTC +04:00)

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə “Neftçilər” prospektində qeydə alınıb.

Belə ki, “AzSamand” markalı nəqliyyat vasitəsini idarə edən sürücü sükana nəzarəti itirərək Depoya gedən “BakuBus” MMC-yə məxsus BMC markalı sərnişin avtobusuna çırpılıb.

Qəza nəticəsində minik maşınında olan sərnişin xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR