Bakıda banka hücüm edən şəxsin zərərsizləşdirmə anının görüntüsü yayılıb - VİDEO

Bakıda banka hücüm edən şəxsin zərərsizləşdirmə anının görüntüsü yayılıb - VİDEO
# 19 yanvar 2023 20:27 (UTC +04:00)

Yasamalda banka hücüm edən şəxsin zərərsizləşdirmə anının görüntüsü yayılıb.

APA həmin görüntünü təqdim edir:

Qeyd edəki ki, bu gün saat 12 radələrində bir nəfər naməlum şəxs banklardan birinin Yasamal rayonu ərazisində yerləşən filialına gələrək əlindəki dəmir linglə oranın işçilərini hədələyərək pul tələb edib. Həmin vaxt xidmətdə olan DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşlarının operativ və çevik hərəkətləri sayəsində həmin şəxs tutularaq zərərsizləşdirilib.

Onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı İmran Əhmədov olması müəyyən edilib. Saxlanılan şəxsin üzərindən bir ədəd qaz tapançası, bir bıçaq və istifadə etdiyi dəmir ling polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR