Bakıda beşmərtəbəli binada yanğın olub

Bakıda beşmərtəbəli binada yanğın olub
# 18 iyun 2022 16:00 (UTC +04:00)

Bakı şəhərində beşmərtəbəli binada yanğın olub.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 25 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR