Bakıda bıçaqlanan iki nəfərdən biri hadisə yerində ölüb - VİDEO

Bakıda bıçaqlanan iki nəfərdən biri hadisə yerində ölüb - VİDEO
# 28 noyabr 2021 08:20 (UTC +04:00)

Paytaxtın Sabunçu rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə “Komsomol dairəsi” kimi tanınan ərazidə qeydə alınıb.

2000-ci il təvəllüdlü Əliyev Fərid Şahvələd oğlu və onun dostu Əliyev İrşad İlqar oğlu naməlum şəxslərlə əlbəyaxa dava zamanı bıçaqlanıb. Bıçaq zərbəsi F.Əliyevin ürəyinə tuş gəldiyi üçün o hadisə yerində ölüb. Yaralı İ.Əliyev xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR