Bakıda binada partlayış zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb

Bakıda binada partlayış zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb
# 02 fevral 2023 10:44 (UTC +04:00)

Bakıda yaşayış binasında baş verən partlayışda xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1978-ci il təvəllüdlü vətəndaş bu gün saat 01:15 radələrində Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə yerləşdirilib:

"Ona yanıq şoku, üzün, qulaq seyvanının, boynun, sinənin, belin, hər iki yuxarı ətrafın, sol baldırın II, III dərəcəli termiki yanığı diaqnozu qoyulub.

Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsinə davam edilir. Vəziyyəti ağırdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR