Bakıda binadan düşən iri şüşə parçası 2 nəfərə xəsarət yetirib - FOTO - VİDEO

Bakıda binadan düşən iri şüşə parçası 2 nəfərə xəsarət yetirib - FOTO - VİDEO
# 12 sentyabr 2019 01:46 (UTC +04:00)

Bakının Yasamal rayonunda binalardan birinin iri şüşə parçası iki nəfərin üzərinə düşüb.

APA xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində baş verib.

Belə ki, "Globus Plaza"ya məxsus binanın pəncərəsindəki iri şüşə parçası yerə düşərək, yoldan keçən 2001-ci il təvəllüdlü Qədirov Tunar Qabil oğlu və 1995-ci il təvəllüdlü Abdullayev Əşrəf Əhməd oğlunun xəsarət almasına səbəb olub. Hər iki şəxs ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, plazadan APA-ya faktı təsdiqləyiblər. Hadisənin hansı səbəbdən baş verdiyi isə açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR