Bakıda binanın qarşısında ağaclar yanıb - FOTO - VİDEO

Bakıda binanın qarşısında ağaclar yanıb  - FOTO  - VİDEO
# 29 aprel 2022 04:52 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yanğın baş verib.

APA xəbər verir ki, Ceyhun Səlimov 89 ünvanında yerləşən binanın qarşısındakı ağaclıq ərazidə qəflətən alovlanma baş verib.

Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin 3 texnikası və canlı briqadası cəlb edilib. Alovun ətrafda olan binaya və avtomobillərə keçməsinin qarşısı alınıb.

Hazırda ağaclıq ərazidə olan alovun qarşısı tam alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR