Bakıda bir ailənin üç üzvünü avtomobil vurub, biri ölüb - VİDEO

Bakıda bir ailənin üç üzvünü avtomobil vurub, biri ölüb - VİDEO
# 20 dekabr 2021 02:03 (UTC +04:00)

Bakının Sabunçu rayonunda ağır yol qəzası zamanı iki nəfər xəsarət alıb və bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

Yolu keçən 1956-ci il təvəllüdlü Fərziyeva Xəzəngül Rəşid qızı və onun oğlu 1981-ci il təvəllüdlü Fərziyev Qəribağa Nadir oğlu, həmçinin sonuncunun həyat yoldaşı 1994-cü il təvəllüdlü Fərziyeva Fəridə Xavər qızını avtomobil vurub. Hadisə nəticəsində X.Fərziyeva qəza baş verən ərazidə ölüb. Digər iki yaralı isə ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR