Bakıda bu ilin 6 ayında 8008 cinayət hadisəsi qeydə alınıb

Elşən Abbasov

© APA | Elşən Abbasov

# 20 iyul 2022 15:38 (UTC +04:00)

2022-ci ilin birinci yarımili ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 8008 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb ki, həmin cinayətlərin 88,9%-nin açılması təmin edilib.

APA xəbər verir ki, bunu Bakı şəhər prokuroru Elşən Abbasov 2022-ci ilin birinci yarımili ilə bağlı kollegiya iclasında deyib.

O bildirib ki, Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri ərazisində qeydə alınmış 27 qəsdən adam öldürmə və 6 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının açılması təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR