Bakıda quldurluq edən pakistanlıların cinayət işi məhkəməyə göndərilib

Bakıda quldurluq edən pakistanlıların cinayət işi məhkəməyə göndərilib
# 23 oktyabr 2019 10:06 (UTC +04:00)

Bakıda öz yerlilərinə qarşı quldurluq etməkdə təqsirləndirilən Pakistan vətəndaşları Jabar Aslam, Aslam Sabir və Sonia Sabirin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib. Pakistan vətəndaşları - 1988-ci il təvəllüdlü Jabar Aslam, 1991-ci il təvəllüdlü Sabir Aslam və 1995-ci il təvəllüdlü Sonia Sabir Bakıda kirayə evdə qalıblar. Onlar həmin hosteli idarə edən Pakistan vətəndaşı Zahher Umairi aviabilet alması üçün sərf etdiyi 2140 ABŞ dollarını geri qaytarmaq adı ilə müvəqqəti yaşadıqları evə dəvət ediblər. Orada Zahher Umairin bədəninin müxtəlif nahiyələrin dəmir tava ilə vurub, əl və ayaqlarını skoçla bağlayıb üzərində olan 500 manat pulu, plastik kartını və “Samsung” markalı telefonunu götürüblər.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR