Bakıda çoxmərtəbəli binanın təhlükəli vəziyyətdə olan lifti bərpa edilib - FOTO - VİDEO

Bakıda çoxmərtəbəli binanın təhlükəli vəziyyətdə olan lifti bərpa edilib

© APA | Bakıda çoxmərtəbəli binanın təhlükəli vəziyyətdə olan lifti bərpa edilib

# 15 yanvar 2022 12:54 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

APA-nın FHN-in saytına əsasən verdiyi məlumata görə,“112” qaynar telefon xəttinə Bakı şəhəri, Əhmədli qəsəbəsi, M. Hadi küçəsi 77 ünvanında yerləşən doqquzmərtəbəli yaşayış binasının liftinin qəzalı vəziyyətdə olması barədə vətəndaş tərəfindən müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən həmin binadakı liftə baxış keçirilib. Baxış zamanı həqiqətən də liftin müvafiq təhlükəsizlik tələblərinə cavab vermədən istismar edildiyi və beləliklə, insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd olunanlar nəzərə alınaraq, liftdə aşkar olunmuş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün aidiyyəti müəssisə qarşısında məsələ qaldırılıb və pozuntuların qısa müddətdə aradan qaldırılaraq liftin təhlükəsiz istismarı təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR