Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - FOTO

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - FOTO
# 22 yanvar 2022 14:45 (UTC +04:00)

Bakıda yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 131 m² olan 3 otaqlı mənzilin eyvanı 4 m² sahədə, kondisioner və kombi avadanlığı yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR