Bakıda çoxmərtəbəli yaşayış binasında yaranmış təhlükə aradan qaldırılıb

Bakıda çoxmərtəbəli yaşayış binasında yaranmış təhlükə aradan qaldırılıb
# 08 yanvar 2022 18:33 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində pəncərə çərçivəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində yaranmış təhlükə aradan qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR