Bakıda daha 27 narkotacir tutulub - VİDEO

Bakıda daha 27 narkotacir tutulub - VİDEO
# 10 sentyabr 2022 12:43 (UTC +04:00)

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında son 1 həftə ərzində “Əhmədli”, “NZS”, “Həzi Aslanov” qəsəbələri, Mirzə Davud, Məhəmməd Hadi küçələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 27 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər məhkum olunmuş şəxslərdir.

Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ narkotik maddə aşkar edilib. Onlar əldə etdikləri narkotiklərin istifadəsi ilə yanaşı qeyd edilən ərazilərdə satışını təşkil ediblər. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR