Bakıda dəmiryolunda uzanan kişinin üzərindən qatar keçib - FOTO

Bakıda dəmiryolunda uzanan kişinin üzərindən qatar keçib - FOTO
# 27 iyul 2022 02:26 (UTC +04:00)

Bakının Xətai rayonunda ölüm baş verib.

APA xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib.

Belə ki, 45-50 yaşlı kişi dəmiryol relslərinin üzərində uzanıb.

Bu zaman qatar onun üzərindən keçərək kişini iki hissəyə ayırıb.

Hadisə yerinə Xətai Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Meyit morqa təhvil verilib.

Hadisə yeri müayinə edilib.

Hazırda ölən şəxsin kimliyi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR