Bakıda dəniz sahilində yanğın olub - YENİLƏNİB

Bakıda dəniz sahilində yanğın olub - YENİLƏNİB
# 15 iyul 2022 13:50 (UTC +04:00)

Bakı şəhərinin Xətai rayonunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ASC-nin ərazisində ümumi sahəsi 12 m² olan istifadəyə yararsız konteyner, içərisində olan əşyalar, 2 p.m elektrik kabeli və ətrafda 30 m² sahədə məişət tullantıları yanıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Məlumata görə, yaxınlıqdakı digər konteynerlər yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

***

11.34

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN-dən məlumat verilib. Xəbərə görə, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. İlkin məlumata əsasən, yanğın dəniz sahilində konteynerdə baş verib. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR