Bakıda dənizdə 25 yaşlı oğlanın meyiti tapılıb

Bakıda dənizdə 25 yaşlı oğlanın meyiti tapılıb
# 03 iyun 2022 13:12 (UTC +04:00)

Bakıda dənizdə meyit tapılıb.

FHN-dən APA-ya verilən məlumata görə, 02.06.2022-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər Bulvarı yaxınlığında (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı qeyri-çimərlik, nəzarətsiz ərazi) dənizdə batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Rüstəmov Nəsimi Kamal oğlunun axtarışları başa çatıb. N.Rüstəmovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR