Bakıda qətl törədən keçmiş məhkumun məhkəməsi başlayır

Bakıda qətl törədən keçmiş məhkumun məhkəməsi başlayır
# 14 noyabr 2019 10:31 (UTC +04:00)

Bakıda qətl törətməkdə təqsirləndirilən Mehrac Qəhrəmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin mayında paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Bakı şəhər sakini, 30 yaşlı Orxan Əliyev döyülərək qətlə yetirilib. Hüquq-mühafizə orqanlarının əməliyyat axtarış tədbirləri nəticəsində O.Əliyevi döyərək qətlə yetirən Bərdə rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Mehrac Qəhrəmanov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR