Bakıda dumana görə bəzi yollarda sürət həddi endirilib

Bakıda dumana görə bəzi yollarda sürət həddi endirilib
# 27 fevral 2023 10:22 (UTC +04:00)

Dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti, Aeroport şosesi, Mərdəkan şosesi, Buzovna-Zaqulba yolu və Zığ şosesində sürət həddi 20 km/saat endirilib.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR