Bakıda əcnəbinin evindən oğurluq edən şəxs tutulub

Bakıda əcnəbinin evindən oğurluq edən şəxs tutulub
# 21 noyabr 2019 14:43 (UTC +04:00)

Bakıda əcnəbinin pulunu oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 20-də saat 3 radələrində Yasamal rayonu Mətbuat prospektində Bakı şəhər sakini Ə.Qasımov şübhəli şəxs qismində Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılaraq Yasamal Polis İdarəsinə təhvil verilib.

Araşdırmalarla onun noyabrın 19-da Səbail rayonunun ərazisində əcnəbi vətəndaşın kirayədə yaşadığı evdən 4000 BƏƏ realı, 81 Bəhreyn dinarı və 50 ABŞ dolları, habelə geyim əşyaları oğurlaması da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR