Bakıda qadını avtomobil vurub

Bakıda qadını avtomobil vurub
# 24 yanvar 2022 03:04 (UTC +04:00)

Bakının Xətai rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə metronun “Əhmədli” stansiyasının yaxınlığında qeydə alınıb.

1964-cü il təvəllüdlü Məmmədova Elvira Ağababa qızı yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR