Bakıda Əliağa Kürçaylının nəvəsi qəzaya uğrayıb - FOTO - - VİDEO

Bakıda Əliağa Kürçaylının nəvəsi qəzaya uğrayıb  - FOTO  - - VİDEO
# 28 aprel 2022 00:41 (UTC +04:00)

Bakının Səbail rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Salyan şossesində baş verib.

Belə ki, “Porche” markalı avtomobil yol kənarında dayanıb.

Mopedi idarə edən şəxs yüksək sürətlə “Porsche” markalı maşına çırpılıb.

Mopedin sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerində polislərin verdiyi məlumata görə, “Porsche”-nin sürücüsü Kürçaylı Əliağa Ülfət oğludur.

Ə.Kürçaylı tanınmış şair Əliağa Kürçaylının nəvəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR