Bakıda ev yanıb

Bakıda ev yanıb
# 15 may 2022 09:02 (UTC +04:00)

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 150 m² olan bir dam altında bir-birinə bitişik tikilən birmərtəbəli evlərdən sahəsi 70 m² olan evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, tavanı və ev əşyaları 70 m² sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR