Bakıda ev yanıb, ölən və xəsarət alan var

Bakıda ev yanıb, ölən və xəsarət alan var
# 24 noyabr 2022 18:03 (UTC +04:00)

Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 58 m² olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 24 m² sahədə, bir otağının taxtadan ibarət tavanı 17 m² sahədə və dam örtüyünün taxta atmaları 48 m² sahədə, bitişik, ümumi sahəsi 8 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili 5 m² sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan evin digər otağının tavanı qarsalanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (yataq xəstəsi) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin və köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR