Bakıda evdən 2000 manat dəyərində samovarlar oğurlanıb

Bakıda evdən 2000 manat dəyərində samovarlar oğurlanıb
# 22 yanvar 2022 11:28 (UTC +04:00)

Bakıda evdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə yanvarın 20-də Hövsan qəsəbəsindəki evlərdən birinin zirzəmisindən 2000 manat dəyərində 3 ədəd samovarın oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini S. Vəlizadə qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun daha bir evdən 1500 manat dəyərində məişət əşyaları, bir həyətyanı sahədən isə 1400 manat dəyərində təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR