Bakıda evdən 80 min manatlıq oğurluq olub

Bakıda evdən 80 min manatlıq oğurluq olub
  • Clock-gray 11:21
  • calendar-gray 19 İyun 2019

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini mənzilindən içərisində 15000 manat və 15000 ABŞ dolları, habelə 40000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin və mobil telefonunun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin  mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Dəyanət Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.  

Faktla bağlı araşdırmalar aparılır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date