Bakıda evdən qızıl-zinət əşyaları oğurlanıb

Bakıda evdən qızıl-zinət əşyaları oğurlanıb
# 20 oktyabr 2019 07:28 (UTC +04:00)

Bakının Xəzər rayonunda fərdi yaşayış evindən oğurluq edilib.

APA xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib.

Belə ki, Həsənova Samirə Məsud qızına məxsus Çingiz Mustafayev küçəsi Döngə 9 ev 1 ünvanında evin pəncərələrini sındırmaqla içəri daxil olan naməlum şəxs oradan 3000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR