Bakıda fərdi yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB

Bakıda fərdi yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB
# 19 iyul 2022 16:40 (UTC +04:00)

Bakı şəhərinin Nəsimi rayonu, S. Salayev küçəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

APA Nazirliyə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, söküntü aparılan ərazidə təqribən 50 m² sahədə quru ot, ağaclar və söküntü materialları yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

***

15:22

Bakıda fərdi yaşayış evi yanır.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR