Bakıda "Forsage" mağazasında yanğın olub - FOTO - YENİLƏNİB

"Forsage" mağazasında yanğın

© APA | "Forsage" mağazasında yanğın

# 03 dekabr 2021 10:11 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Bakıda avtomobil ehtiyat hissələrinin satışı mağazasında baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Nizami rayonunda dördmərtəbəli avtomobil ehtiyat hissələrinin satışı mağazasının zirzəmisində ümumi sahəsi 6 m² olan köməkçi otağın tavanı 2 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

08.46

Bakıda yanğın hadisəsi baş verib.

APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, hadisə Babək prospektində yerləşən "Forsage" mağazasında qeydə alınıb.

Yanğınla bağlı əraziyə Xətai rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili, 20 yaxın şəxsi həyəti cəlb olunub.

Yanğın qısa müddətə lokallaşdırılaraq söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR