Bakıda gecə klubunda partlayış olub, ölən və yaralananlar var - VİDEO - FOTO - YENİLƏNİB

Bakıda gecə klubunda partlayış olub, ölən və yaralananlar var   - VİDEO   - FOTO   - YENİLƏNİB
# 03 aprel 2022 05:18 (UTC +04:00)

Hadisə zamanı ölən bir nəfərin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

***

04.45

Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya bildirilib ki, hazırda şəhər icra başçısı Eldar Əzizov hadisə baş verən ərazidədir. Bundan başqa icra hakimiyyəti aparatının xidmət rəisləri və digər məsul şəxslər də hadisə yerinə gedib.

***

04.43

1 saylı şəhər xəstəxanasına indiyə kimi 7 nəfər çatdırılıb və onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

***

04.37

Partlayış baş vermiş əraziyə FHN-nin xüsusi təlim görmüş itləri cəlb edilib. Dağıntılar arasında qalanların olduğu ehtimal edilir.

***

04.35

Hadisə yerində 35 Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası işləyir.
Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, təcili yardım briqadalarından verilən məlumata görə, saat 04:20 üçün 24 nəfər (13 kişi, 11 qadın) Hospitalizasiya edilib.

***

04.08

TTTYX-dən APA-ya verilən ilkin məlumata görə, indiyə qədər 6 yaralı 1 Saylı Şəhər Xəstəxanasına, 25 yaralı isə Yanıq mərkəzinə yerləşdirilib.

***

04.08

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, ilkin məlumata görə, partlayış nəticəsində nəticəsində ölən və yaralananlar var. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

***

04.00

Partlayış nəticəsində ətrafdakı nəqliyyat vasitələrinə də ziyan dəyib. APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, partlayış qaz sızmasından baş verib. Hadisə nəticəsində klubun üstündə yerləşən mənzillər də zərər görüb.Hadisə nəticəsində ölənlərin olduğu bildirilir.

***

03.39

Bakının Səbail rayonunda partlayış baş verib.

APA xəbər verir ki, hadisə "Torqovi" kimi tanınan ərazidə yerləşən gecə klubunda qeydə alınıb.

Tərlan Əliyarbəyov küçəsində zirzəmidə yerləşən "Location club"da qəfil partlayış baş verib.

Hadisə yerinə FHN-nin əməkdaşları və polis əməkdaşları cəlb edilib. Xəsarət alan şəxslər təcili tibbi yardım maşınları vasitəsilə xəstəxanaya aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR