Bakıda gəlin maşını yanıb - VİDEO - YENİLƏNİB

Bakıda gəlin maşını yanıb - VİDEO - YENİLƏNİB
# 20 noyabr 2019 16:04 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Bakıda gəlin maşınının yanması faktı ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Suraxanı rayonunda “Audi” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat 15:27

Bakıda gəlin maşını yanıb.

APA-nın məlumatına görə, hadisə aeroport yolunda qeydə alınıb. Toy üçün bəzədilmiş "Audi" markalı gəlin maşını qəfildən alışaraq yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri gəlib.

Yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR